Məşhur psixiatr BAKIDA: Depressiya, qumar asılılığı və...

saytların hazırlanması

Evə çatdırılma

Məşhur psixiatr BAKIDA: Depressiya, qumar asılılığı və...

Sağlamlıq

09 Dekabr 2024 11:48 2965


Xəbər verdiyimiz kimi, 6-8 dekabr tarixlərində Bakıda Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresi baş tutub. Sözügedən tədbirdə müxtəlif ölkələrdən gələn tanınmış psixiatr və nevroloqlar, Moodist Özəl Klinikasının peşəkar mütəxəssisləri, Türkiyədən dəvət olunan araşdırmaçılar da iştirak edib. 

Moodist Özəl Klinikasının Uzman Psixiatrı, Dr. Pelin Taşın “Yeni Sabah”a olan müsahibəsini təqdim edirik:

- Pelin xanım, Azərbaycana gəlməkdə əsas məqsədiniz nədir? Marqarita pizza

- İstanbulda “Moodist” Psixiatriya Klinikasında çalışıram. Azərbaycana gəlməkdə məqsədimiz həm klinikamızda göstərdiyimiz xidmətləri paylaşa bilmək, həm də həmkarlarımızla birlikdə təcrübələrimizi bölüşmək, daha fərqli müalicə üsullarını müqayisə edərək ortaq bir mövqeyə gəlməkdir. 

- Hansı yaş kateqoriyasında olan pasiyentləri qəbul edirsiniz?

- Özüm yetkin, yaşı 18-dən çox olan şəxsləri müalicə etsəm də, klinikamızda digər yaş kateqoriyası ilə məşğul olan həkimlərimiz də var. Qəbul etdiyim yaş kateqoriyasında olan şəxslərin ən çox müraciət səbəbi və problemləri depressiya, qorxu və narahatlıq sindromu, şizofreniya, spirtli içki və narkotik aludəçiliyi ilə bağlıdır. 

- Azərbaycandan sizə ən çox hansı problemlərlə bağlı müraciətlər olur?

- Azərbaycandan klinikamıza, mənə müraciət edənlər ən çox standart müalicə üsullarına (məsələn, dərman və terapiya) cavab verməyən və uzunmüddətli simptomlarla xarakterizə olunan psixotik xəstəlikləri olan şəxslərdir. Daha dəqiq desək, spirtli içki və psixotik pozğunluqlarla bağlı müraciət edənlər çoxluq təşkil edir. Klinikamızda stasionar müalicə üsulu da mövcuddur ki, xəstələr həkim nəzarəti altında müalicələrini davam etdirə bilirlər. Həmçinin, xəstəxanamızda Azərbaycanda tətbiq edilməyən "elektrokonvulsiv terapiya" və ya qısaca "EKT" imkanları da var. Buna görə də müalicəyə tabe olmayan xəstəliklərdən əziyyət çəkən azərbaycanlı pasiyentlər daha çox müraciət edənlər sırasındadır. 

- Xəstələrin müalicə müddəti nə qədərdir?

- Müalicə müddəti hər bir pasiyentə görə dəyişir.  Ümumi olaraq isə, müalicənin 2-4 həftə ərzində olduğunu demək mümkündür. Müalicə dövrü orta göstərici olaraq 4 həftəni keçmir.

- Müalicə prosesi Bakıda yoxsa İstanbulda həyata keçirilir?

- Bizə müraciət edən şəxsləri öncə ilkin müayinə edirik. Klinikamızda həmin şəxsə yardım edilə biləcəyini müəyyən etdikdən sonra onu həkim nəzarətinə alırıq. Beləliklə müalicə İstanbulda yerləşən klinikamızda başlayır və davam edir. Bizimlə əlaqə yaratmaq istəyənlər “Moodist” klinikasının Bakıda yerləşən ofisinə müraciət edə bilərlər.

Aytac Şahin

Moodist Özəl Klinikası

Tel/Whatsapp: +994103121700


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!