Məşhur britaniyalı siyasət yazarı “Millətlər niyə tənəzzül edir?” kitabının həmmüəlliflərindən biri Ceyms Robinson Azərbaycana gəlir.
“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu paylaşıb. O, bildirib ki, iyunun 22-də saat 12-də nəşriyyatda Ceyms Robinsonla görüş təşkil olunacaq. Yazar Bakıda iki gün qalacaq: “Proqramı nə qədər sıx olsa da, müəlliflə bir görüş planlaya bildik. Kitab blogerləri, jurnalistlər, kitabsevərlər, oxucular, siyasət və iqtisadiyyat üzrə alimlər görüşə dəvət olunub”.
Telegram kanalımız