Məşhur yazıçı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur yazıçı vəfat etdi

Mədəniyyət

19 Oktyabr 2025 13:10 573


Norveçin tanınmış yazıçısı Roy Yakobsen 70 yaşında vəfat edib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Gar Stere sosial media hesabında paylaşım edib.

Baş nazir Yakobsenin vəfatı ilə bağlı Norveç mediasına verdiyi açıqlamada deyib ki, Roy Yakobsen Norveç ədəbiyyatının ən böyük hekayəçilərindən biri idi: “Onun kitablarında biz sahili, fəhlə sinfini, müharibəni – amma hər şeydən əvvəl insanı görürük”. pizza sifarişi

Qeyd edək ki, Roy Yakobsen 1982-ci ildə ədəbi fəaliyyətə başlayıb və indiyədək onun 25-dən çox kitabı nəşr olunub. Yazıçının əsərləri 40-dan çox dilə tərcümə edilib. Onun ən tanınmış əsərləri arasında “Ləyaqətsizlər”, “Ağ dəniz” və “Görünməzlər” romanları yer alır.

Yazıçı 1994-cü ildə “Fəth edənlər” romanına görə İvar Lo mükafatına layiq görülüb. 2017-ci ildə isə “Görünməzlər” romanı ilə Beynəlxalq Buker mükafatına namizəd olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!