Məşhur “youtuber” “Sığmazam”a heyran qaldı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Məşhur “youtuber” “Sığmazam”a heyran qaldı - Video

Mədəniyyət

27 Sentyabr 2019 15:26 1244


Şotlandiyalı “youtuber” Mat Salleh Sami Yusufun ifa etdiyi “Nəsimi” kompozisiyasını şərh edib.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, “youtuber” hamının ondan təkidlə bu kompozisiyanı dinləməyi xahiş etdiyini deyib. İfa onu çox heyrətləndirib.Mat kompozisiyaya valeh olduğunu dəfələrlə vurğulayıb.

“Çox maraqlı musiqidir. Çox maraqlı alətlərdə ifa edirlər. Dinlədikcə gərginliyin artdığını hiss edirsiz. Müğənni kiçik hissələri ifa etsə də, səsi əladır. Əla işdir”, - deyə "youtuber" qeyd edib. pizza mizza

O, xüsusilə də Təyyar Bayramovun səsinə heyran qalıb.

Qeyd edək ki, M.Salleh bir çox ölkənin mahnılarını dinləyərək öz fikirini bildirir. Onun “YouTube” kanalının 1 milyona yaxın abunəçisi var.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!