Messi dünya çempionatı ilə bağlı qərarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Messi dünya çempionatı ilə bağlı qərarını açıqladı

İdman

03 Noyabr 2025 09:41 408


“İnter Mayami”nin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında iştirakı barədə danışıb.

"Yeni Sabah" xəbər verir ki, argentinalı ulduz dünya çempionatında iştirak edib-etməməsi ilə bağlı qərarının əsasən öz istəyindən və fiziki durumundan asılı olduğunu qeyd edib:

“Ən vacib amil istəkdir. O da məndə var və çox güclüdür. Amma özümü yaxşı hiss etməli, komandaya kömək edə bilməli və ən yüksək səviyyədə çıxış etməliyəm”. pizza

Messi turnirin ABŞ, Kanada və Meksikada keçirilməsinə də münasibət bildirib:

“Yığmanın formasını geyinmək həmişə xüsusi hissdir, xüsusən də dünya çempionatında. Düşünürəm ki, bu turnir unikal olacaq. Təşkilatçılıq səviyyəsi yüksək olsa da, ölkələrarası məsafələr bir qədər yorucu ola bilər. Amma bəli, yenidən mundialda oynamaq və qazandığımız titulu qorumaq möhtəşəm olardı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!