Messi komandasını xilas etdi

saytların hazırlanması

Evə çatdırılma

Messi komandasını xilas etdi

İdman

03 Fevral 2019 13:28 963


İspaniya La Liqasının 22-ci turunun növbəti oyunları keçirilib.

“Yeni Sabah” xəbər verir ki, “Barselona” "Valensiya" komandasını qəbul edib. Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb. Katalonya təmsilçisi hesabda 2:0 geridə olsa da, Lionel Messi ardıcıl iki dəfə fərqlənərək “Barselona”nı məğlubiyyətdən xilas edib. Buna baxmayaraq “Barselona” 50 xalla turnir cədvəlinin lideri kimi qalır, “Valensiya” isə 30 xalla 7-ci yerdə qərarlaşıb.

Turun ilk günündə növbəti oyunlar keçirilib: pizza hut

“Hueska” – “Real Valladolid” - 4:0;

“Levante” – “Xetafe” - 0:0;

“Real Sosyedad” – “Atletik Bilbao” - 2:1;

“Selta Viqo” – “Sevilya” - 1:0.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!