Messi rəqib klubun azarkeşləri tərəfindən alqışlandı

saytların hazırlanması

Evə çatdırılma

Messi rəqib klubun azarkeşləri tərəfindən alqışlandı

İdman

18 Mart 2019 16:08 924


“Barselona”nın hücumçusu Leo Messi “Real Betis” –“Barselona” oyununda (1:4) vurduğu aşırtma qoldan sonra “Real Betis” azarkeşləri tərəfindən ayaqüstə alqışlanıb.

“Yeni Sabah” xəbər verir ki, oyundan sonra bu barədə açıqlama verən argentinalı futbolçu “Real Betis” azarkeşlərinə alqış üçün təşəkkürünü bildirib: "Real Betis” azarkeşlərinə alqışlarına görə təşəkkür edirəm. Onlar hər zaman bizə qarşı yaxşı davranıblar”. 

Qalibiyyətlərindən də danışan futbolçu “Atletiko Madrid”in son məğlubiyyətindən son dərəcə yaralandıqlarını deyib: “Qollar hər zaman vacibdir, lakin, mən komandamın qələbəsi səbəbilə xoşbəxtəm. Liqa hələ bitməyib. Qarşıda oyunlar var və nəyisə öncədən demək düzgün olmaz. Biz sadəcə Atletiko'nun məğlubiyyətindən son dərəcə yararlanmağa çalışdıq”. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!