“Meta” reklamsız “Facebook” və “Instagram”ı nəzərdən keçirir

“Meta” reklamsız “Facebook” və “Instagram”ı nəzərdən keçirir

Rəqəmsal Veb saytların hazırlanması

02 Sentyabr 2023 13:10 1111


ABŞ-ın “Meta” Korporasiyası Avropa İttifaqında istifadəçilər üçün reklamsız “Facebook” və “Instagram”a ödənişli abunəliklərin tətbiqi imkanlarını nəzərdən keçirir.

Yenisabah.az “The Wall Street Journal”a (WSJ) istinadla xəbər verir ki, “Facebook” və “Instagram” abunəlikləri üçün ödəniş edənlər tətbiqdaxili reklamları görməyəcəklər.

Bu, istifadəçilərə şirkətin insan məlumatlarının təhlilinə əsaslanan reklam xidmətlərinə alternativ təqdim etməklə, “Meta”ya məxfiliklə bağlı narahatlıqlardan və Aİ tənzimləyicilərinin digər yoxlamalarından qaçmağa kömək edə bilər.

Bundan əlavə, “Meta” Avropa Birliyində “Facebook” və “Instagram”ın pulsuz reklam dəstəkli versiyalarını təklif etməyə davam edəcək.

Tətbiqlərin pullu versiyalarının nə qədər başa gələcəyi və şirkətin onları nə vaxt buraxa biləcəyi hələlik bəlli deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!