Mətanət Əsədova qalmaqalı davam edir: “Özlərini kişi adlandıranlar...”

saytların hazırlanması

Evə çatdırılma

Mətanət Əsədova qalmaqalı davam edir: “Özlərini kişi adlandıranlar...”

Şou

22 Fevral 2019 17:44 1326


Sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın doğum günü məclisində Xalq artisti Könül Xasıyevaya “şabaş” verməsi etiraza səbəb olub.

“Yeni Sabah” xəbər  verir ki, etiraz dalğasına məşhur teleaparıcı Azər Qərib, həmçinin aktyor Kamran Ağabalayev də qoşulub.

A.Qərib  şəxsi hesabında xoşagəlməz görüntüləri tənqid edən post paylaşıb və qeyd edib ki, bu video cəmiyətimizin ümumi mədəni səviyyəsini nümayiş etdirir: Dominos pizza

“İnsanlar var ki, xeyriyyəçiliyə milyonlar xərcləyirlər. Bir şərtlə ki, adları heç yerdə qeyd olunmasın, “inkoqnito” qaydasında. Bunlar isə… Özlərini kişi adlandıranlar da var orada, özünü xanım adlandıran da. Azərbaycanın muğam sənətinin parlaq nümayəndələrindən olan Könül Xasıyevanı belə alçaltmaq?!

Səviyyəsizlərin səviyyə formalaşdırmaq cəhdləri... Könül Xasıyeva bunların ümidinə qalmamalıdır...”

Aktyor K.Ağabalayev isə daha sərt çıxış edib:

“Sağ əlin verdiyini sol əl bilməsin?!  Sizin şərəfinizi ...insanlığınızı...vicdanınızı...Anamın ən sevdiyi müğənni Könül Xasıyeva idi! Heç nə bu qədər təsir etməmişdi mənə! Qarşımda Eyfel qülləsi çökdü rəsmən! Bilmirəm nə deyim?!”.

Qeyd edək ki, bu həftə Mətanət Əsədovanın ad günündə xanəndə Könül Xasıyevaya qonaqlar “şabaş” verib. Videoda pulları ovcunda saxlayan Xasıyevanın kövrəldiyi və utandığı aydın sezilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!