“Mətbuata inam sıfır səviyyəsindədir” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Mətbuata inam sıfır səviyyəsindədir” - Video

Rəqəmsal

18 Dekabr 2019 17:07 1455


“Mətbuatın bir nömrəli problemi reklam deyil. Problem odur ki, 10 ildən çoxdur mətbuat oxucu üçün, izləyici üçün maraqsızdır. Nəticədə o baş verdi ki, oxucu sosial şəbəkələrə keçdi. Mətbuat sosial şəbəkələrə uduzdu. Vəssalam. Niyə uduzdu, bu hamıya bəllidir”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri media.az saytının rəhbəri Həmid Həmidov İTV-nin “Diqqət Mərkəzi” proqramında deyib. Jurnalistin Azərbaycan mediasının bugünkü durumu ilə bağlı dilə gətirdiyi həqiqətlər son iki gündə sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biri olub.

H. Həmidov medianın bu duruma düşməsinin səbəbinin senzura olduğunu deyib: “Çərçivələr daralır. Kim ki, mətbuatı idarə edir, senzuranı onlar qoyur. Bu gün cəmiyyətdə mətbuata inam sıfır səviyyəsindədir. Biz təzədən başlamalıyıq. Vətəndaşlar sosial şəbəkələrə inanır, bloggerlərə inanır, amma mətbuata inanmırlar.  Marqarita pizza

Bu gün şəhərə çıxıb pulsuz da qəzet paylasanız, alan olmayacaq. Gəlin etiraf edək...”.

Jurnalistin çıxışını videoda izləyin: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!