“Mənim fikirlərimdə kiməsə minnət qoymaq niyyəti yoxdur. Mən sadəcə olaraq deyirəm ki, həqiqəti deyin. Bu gün Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur. Jurnalistlərin pulsuz mənzillə təmin olunması, KİVDF vasitəsi ilə mətbuata maliyyə ayrılması və sair. Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən, babasından hekayə yazıb dərc eləsin, yaxud da eşq şeiri yazıb çap eləsin”.
"Yeni Sabah"ın məlumatına görə, bu fikirləri Unikal.org-a müsahibəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputatın sözlərinə görə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan maliyyə alan qəzetlər dövlətin gördüyü işlərdən, milləti maraqlandıran məsələlərdən, Dağlıq Qarabağdan yazılar yazmalıdır: Toyuqlu pizza
“Mən demirəm ki, hansısa naziri tərifləsin, yaxud onun barəsində mədhiyyə yazsın. Sırf dövlətin mövqeyi qorunmalıdır”.
“Hansısa nazir, yaxud nazirliyin fəaliyyətində problem olanda necə” sualına deputat “Əgər problem varsa, yazsın. Bu, jurnalistin səlahiyyətində olan məsələdir. Biz jurnalistin fəaliyyətinə qadağa qoya bilmərik. Hər kəs tənqid də, təhlil də edə bilər və buna görə kimisə təhdid eləmək olmaz, amma təhqir yolverilməzdir”- deyə cavab verib.
Telegram kanalımız