Bakı metrosunun fəaliyyəti tam bərpa edilib.
“Yeni Sabah” xəbər verir ki, saat 15:01-dən etibarən stansiyaların qapıları açılıb və sərnişinlər içəri buraxılıb.
Hazırda qatarların hərəkəti normal qrafiklə davam edir. pizza sifarişi
Xatırladaq ki, nasazlıq səbəbindən günorta saatlarında metronun bütün stansiyalarında girişə müvəqqəti məhdudiyyət tətbiq olunmuş, “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilmişdi. Problemin aradan qaldırılmasından sonra metropolitenin fəaliyyəti tam şəkildə bərpa olunub.
Nazim Hacıyev
Telegram kanalımız