Metroda problem yarandı - Sərnişinlər düşürüldü

saytların hazırlanması

Evə çatdırılma

Metroda problem yarandı - Sərnişinlər düşürüldü

Sosial

17 Sentyabr 2024 10:15 366


Bu gün "Bakı Metropoliteni" QSC-nin "Xalqlar dostluğu" və "Neftçilər" stansiyaları arasında hərəkət edən qatarın maşinisti qapılara müdaxilə ilə bağlı idarəetmə pultunda müvafiq siqnalların işarəsini hiss edib. 

Bunu "Report"a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

Onun sözlərinə görə, "Neftçilər" stansiyasında qapıya baxış keçirib. Qapının bağlanmaması ilə bağlı hər hansı səbəb müəyyən edilmədiyindən maşinist sərnişinləri düşürüb. "Koroğlu" stansiyasına qədər qatarın qapıları yenidən yoxlanılıb, hansısa problem olmadığından həmin stansiyada sərnişinlər yenidən götürülüb. Nəticədə intervaldan əlavə "Neftçilər" ilə "Ulduz" stansiyalarıı arasında 4 dəqiqə yubanma yaranıb. Əlavə ehtiyat tədbirləri görülüb.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!