Metrodan iddialı paylaşım, 2 saat sonra “GÖZƏ GƏLDİLƏR” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Metrodan iddialı paylaşım, 2 saat sonra “GÖZƏ GƏLDİLƏR” - VİDEO

Sosial

21 Aprel 2026 17:50 437


“Bakı Metropoliteni” QSC səhər saatlarında rəsmi hesabında “Şəhərin ən böyük “çətiri” altındasınız. Hava dəyişsə də, metro intervalları dəyişməz qalır” məzmunlu paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, lakin bu statusdan təxminən, 2 saat sonra metronun fəaliyyətində nasazlıq yaranıb. 

Günorta saatlarında bütün stansiyalarda sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq olunub, “Ulduz” və “Nərimanov” stansiyalarında isə sərnişinlərin təxliyəsi həyata keçirilib. Marqarita pizza

Bundan sonra sosial şəbəkə istifadəçiləri paylaşımın altına zarafatyana rəylər yazmağa başlayıblar. İzləyicilərdən biri “Postdan 2 saat sonra bütün stansiyalar bağlandı, özünüzü niyə gözə gətirirsiniz?” şərhini yazıb. 

Xatırladaq ki, nasazlıq səbəbindən günorta saatlarında metronun bütün stansiyalarında girişə müvəqqəti məhdudiyyət tətbiq olunmuşdu. Problemin aradan qaldırılmasından sonra isə metropolitenin fəaliyyəti tam şəkildə bərpa edilib.

Hazırda qatarların hərəkəti normal qrafiklə davam edir. Saat 15:01-dən etibarən stansiyaların qapıları açılıb və sərnişinlərin girişinə yenidən icazə verilib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!