“Metropoliten” Prezident Administrasiyasın iradını qəbul etdi

“Metropoliten” Prezident Administrasiyasın iradını qəbul etdi

Xalqın səsi Veb saytların hazırlanması

09 Fevral 2019 02:37 1331


Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi 2018-ci il üzrə vətəndaşların müraciətinə laqeyd yanaşan, qəbul etməyən dövlət qrumlarının siyahısını açıqlayıb.

Siyahıda “Bakı Metropoliteni” QSC-nin adə adı var. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən  bildirilib ki, 2018-ci il ərzində “Bakı Metropoliteni” QSC-də rəhbər işçilər tərəfindən 662 vətəndaşın və 1022 metropoliten əməkdaşının qəbulu həyata keçirilib.

“Vətəndaşların qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada və müddətdə müraciətlərə baxılır və yerində həlli mümkün olan məsələlərlə bağlı struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilir. Onu da qeyd etmək lazımdır ki, bununla yanaşı vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlar mövcuddur. Belə ki, “Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən, bu sahədə işin daha effektiv aparılması, müraciətlərin obyektiv araşdırılması, cavablandırılması və vətəndaşların qəbulunun səmərəli təşkil edilməsi üçün cədvəllərdə qəbul vaxtları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlərə başlanılıb”,-deyə “Bakı Metropoliteni”ndən bildirilib.

Bizimyol.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!