Metropoliten rəhbərliyi üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Metropoliten rəhbərliyi üzr istədi

Hadisə

21 Aprel 2026 15:20 587


“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi bu gün yaranan problemlərlə bağlı sərnişinlərdən üzr istəyib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə qurumun sosial media hesabında paylaşım edilib.

Paylaşımda deyilir: Marqarita pizza

“Sərnişinlərin nəzərinə!

Bakı metropoliteninin fəaliyyəti bərpa olunub. Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”.

Qeyd edək ki, bu gün günorta saatlarında “Bakı Metropoliteni”nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə stansiyalarda sərnişinlərin təxliyəsi həyata keçirilib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!