“Metroya minməyə cəhd etdim, 3-4 vaqon buraxdım” - Deputat

“Metroya minməyə cəhd etdim, 3-4 vaqon buraxdım” - Deputat

Sosial

29 Noyabr 2022 12:54 640


“Bir neçə gün əvvəl gənclər və idman naziri Fərid Qayıbov işə piyada gəldi, ictimai nəqliyyatda olan problemə diqqəti çəkdi. Bakıdakı tıxacların qarşısını almaq üçün bir alternativ təklif etdi”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Naqif Həmzəyev bildirib. 

“Mən bunu alqışlayıram. Ümid edirəm ki, digər nazirliklər, məmurlar, dövlət qurumları da bu aksiyaya qoşulacaqlar. Ancaq etiraf edək ki, pik saatlarda nə metrodan, nə də ictimai nəqliyyatdan istifadə etmək mümkün olur. Mən şəxsən cəhd etdim. Ancaq əvvəllər 8-9-da çətin idisə, indi saat 10-da belə metroda yer tapmaq çox çətin oldu. 3-4 vaqon buraxmalı oldum. Hesab edirəm ki, məsələyə ciddi yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Bakıda insanların sayı artıb. Əvvəlki rejimlə metronun və ya ictimai nəqliyyatın işləməsi bu problemi həll edə bilməz”, - deyə Naqif Həmzəyev qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!