Metsamor AES bütün region üçün təhlükədir - Prezident

saytların hazırlanması

Evə çatdırılma

Metsamor AES bütün region üçün təhlükədir - Prezident

Siyasət

02 Mart 2023 17:35 664


Prezident İlham Əliyev Ermənistandakı Metsamor AES-in bütün regiona böyük təhlükə yaratdığını bildirib.

Yenisabah.az xəbər verir ki, bunu dövlət başçısı martın 2-də Rafael Mariano Qrossini qəbul edərkən deyib.

Prezident nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirib, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb. Dördpendirli pizza

Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirilib, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!