“Meyitləriniz Ukrayna küçələrində iy verir”- Musayevdən rus deputata sərt cavab

saytların hazırlanması

Evə çatdırılma

“Meyitləriniz Ukrayna küçələrində iy verir”- Musayevdən rus deputata sərt cavab

Siyasət

29 Mart 2022 15:20 6560


Ötən gün Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycana qarşı növbəti təxribat törədilib. Telekanalda çıxış edən Rusiya dövlət dumasının deputatı Mixail Delyagin Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu bir vaxtda ölkəmizə qarşı təxribat xarakterli mövqe ortaya qoyub. Mixail Delyagin hədələyici dillə Azərbaycanı Ermənistanla razılaşdırılmış atəşkəs rejimini pozmaqda ittiham edib.
 

Sabiq millət vəkili Musa Musayev Yenisabah.az-a açıqlamasında rusların hər zaman ikili mövqe nümayiş etdirdiklərini deyib:
 
“Bu birinci hal deyil. 44 günlük müharibə dövründə də Rusiya siyasətçiləri bizim əleyhimizə çıxışlar edirdilər. Biz heç vaxt onlara qarşı pis mövqedə olmamışıq. Etikaya sığmayan bir şeydir. Belə məsuliyyətsiz çıxışlar Rusiya siyasətçiləri, deputatları tərəfindən dəfələrlə olub”.
 
Musa Musayev Mixal Delyaginin Azərbaycan Sovet İttifaqı qəhrəmanı Mixaylonu unutduğunu qeyd edib:
 
“Mixail deyəsən Azərbaycanın Sovet İttifaqı qəhrəmanı və İkinci Dünya müharibəsində SSRİ-yə qələbə qazandıran Bakı neftini, yüksək oktanlı Azərbaycan benzinini yaddan çıxarıb. Bu onlara baha başa gələcək.

Siz Ukraynanı iki günə işğal etmək istəyirdiniz. Nəticə göz qabağındadır. Meyitləriniz Ukrayna küçələrində iy verir.

Bu səbəbdən etiraz edirəm. 1941-45 müharibəsində bizim akademik, kimyaçı alim Yusif Məmmədəliyevin kəşft etdiyi yüksək oktanlı benzinlə işləyən sovet qırıcıları oldu. Qələbənin əsas səbəbkarı həmin qırıcılar və Azərbaycan nefti oldu. Onların Azərbaycana qarşı qərəzli çıxışı qəbul olunmazdır. Rusiya dövləti bu məsələyə diqqət ayırmalıdır”.
 
M.Musayevin sözlərinə görə, həmin şəxsə qarşı sanksiyalar tətbiq edilməlidir:
 
“Parlamentimizdə buna münasibət bildirməlidir. Parlamentdə dostluq qrupunda təmsilçi kimdirsə, məsələyə münasibət bildirsin. Belə yaramaz insanlara qarşı sanksiyalar tətbiq edilməlidir. Onların Azərbaycana girişi-çıxışı qadağan olunmalıdır. Dostluq qrupunun sədri, üzvləri münasibət bildirməlidir. O adamın cavabı mütləq verilməlidir. Mixail Delyagin Azərbaycan xalqından üzr istəməlidir”.
 
Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!