Meymun çiçəyi virusu İtaliyada da aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Meymun çiçəyi virusu İtaliyada da aşkarlanıb

Dünya

20 May 2022 08:08 1002


İtaliyanın paytaxtı Romada bir nəfərdə meymun çiçəyi virusu aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, virus daşıyan şəxsin İspaniyanın Kanar adalarından Romaya gəldiyi bildirilib.

İtaliyanın Ali Səhiyyə İnstitutu ölkədə meymun çiçəyi virusu ilə bağlı vəziyyətə nəzarət etmək üçün mütəxəssislərdən ibarət xüsusi əməliyyat qrupu yaradıb. Toyuqlu pizza

Səhiyyə Nazirliyi isə bu xəstəliklə bağlı bölgələrdəki yerli səhiyyə orqanlarına xəbərdarlıq məktubu göndərib.

İtaliyanın səhiyyə naziri Roberto Speranza həm milli, həm də Avropa müşahidə şəbəkələri sayəsində məsələyə böyük diqqətlə yanaşdıqlarını deyib.

Qeyd edək ki, Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun səbəb olduğu bu nadir xəstəlik Avropada ilk dəfə mayın əvvəlində aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!