Meymunçiçəyi virusunun   yeni ştamı aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Meymunçiçəyi virusunun yeni ştamı aşkar edildi

Sağlamlıq

09 Yanvar 2025 15:08 741


Çində meymunçiçəyi virusunun yeni ştamının yayılması ilə bağlı epidemiya qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən məlumat verilib.

Məlumata görə, ölkədə meymunçiçəyi virusunun bir qrup halında yayılması aşkarlanıb. Yoluxmanın mənbəyi isə Konqo Demokratik Respublikasında yaşamış və ölkəyə səfər etmiş xarici vətəndaşdır. Toyuqlu pizza

Epidemiyanın müəyyənləşdirilməsindən sonra Çin hökuməti dərhal tədbirlər görərək, Zhejiang, Guangdong, Pekin və Tianjin kimi bölgələrdə epidemioloji tədqiqatlar aparıb, riskləri qiymətləndirib, diaqnoz və müalicə işlərinə başlayıb. Profilaktika və nəzarət tədbirləri ilə əlaqədar birgə mexanizm də işə salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!