Meyvələrin qiyməti yenə fantastik olacaqmı? – Soyuq ağacları vurdu

saytların hazırlanması

Evə çatdırılma

Meyvələrin qiyməti yenə fantastik olacaqmı? – Soyuq ağacları vurdu

İqtisadiyyat

26 Aprel 2019 15:55 1140


“Mövsümi meyvələrlə bağlı qeyri-sabit hava şəraitinin artıq arxada qaldığını tam demək olmaz. Ona görə ki, hələ yağışlar intensiv yağa, kəskin küləkli havalar ola və havanın temperaturunda dəyişikliklər baş verə bilər. Ümumiyyətlə, havaların kəskin dəyişməsi  bitkilərdə stress yaradır. Onlar da canlıdır. Bu da ümumi məhsuldarlığa təsir edir”.

Bu sözləri “Yeni Sabah”a mövsümi meyvələrin qiymətləri və məhsuldarlığının necə olacağından danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib: 

“Son zamanlar havaların kəskin  dəyişməsi, temperaturun nisbətən aşağı düşməsi və bəzi yerlərdə qar yağması, yağışların intensivləşməsi müəyyən problemlər yaradır. İndi ağacların çiçəklənmə dövrü idi, bu dövrdə mayalanma 10 gün ərzində  baş verməli idi. Təəssüflər olsun ki, bəzi meyvələr üçün çiçəklənmə, mayalanma dövrü bu müddətə təsadüf etdi.  Pepperoni pizza

Bu da mayalanmanın tam başa çatmaması, normal getməməsi, çiçəklərin tökülməsinə səbəb oldu. Bu, məhsuldarlığa nisbətən təsir edəcək, ancaq o yerlərdə ki fermerlər, kəndlilər ağaclarına yaxşı qulluq edib, kəsimi düzgün qaydasında aparıb, orda ziyan  o qədər olmayacaq. Xüsusən bitkilərdə immuniteti gücləndirmək üçün bir sıra tədbirlər həyata  keçirilir. Zamanla tələb olunan  mineral maddələr verilir, normal inkişaf üçün mühit  yaradılır. Bu işlər həyata keçirilməyəndə bitkilər stresə məruz qalır və daha çox itki olur”.

Ekspert qiymətlər haqqında da danışıb:

“Mövsümi meyvələrin qiyməti yalnız Azərbaycanla bağlı deyil. Bizdə hansısa meyvə qıt olanda digər ölkələrdən idxal edirik. Əgər qonşu ölkələrdə məhsul bol olarsa, qiymətdə bahalaşma cüzi olar. Bu da idxal xərcinə görə olur. Hələ bilməz olmaz. Bəlkə bəzi bitkilərdə gecikmə oldu, amma məhsul normal ola bilər. Bu, yalnız Azərbaycanla deyil, qonşu ölkələrlə də bağlıdır. Qiymətin necə olacağını demək bir az tezdir. Mayın əvvəllərində məhsuldarlığın təxminən nə qədər olacağını müəyyən etmək olacaq. Ona uyğun da qiymətlərdə proqnoz verə bilərik. Belə hadisələr keçən il olmasa da, məhsul qıtlığı digər səbəblərdən baş vermişdi. Ziyanverici, xəstəlik  və digər səbəblər var”. 

V.Məhərrəmov İranda alçanın  1 kiloqramının 100 dollar olması ilə bağlı da fikirlərini bildirib. Onun sözlərinə görə, alçanın qiyməti əsas göstərici deyil:

“Alçadan çox alıb, ondan mürəbbə bişirmirik. Alça daha çox xəstə adamlar, hamilə qadınlar, uşaqlar üçün alınır.  Buna görə, sui-istifadəyə yol verilir. İndi Azərbaycanda alça daha geniş yayılıb. Alça  əkini ilə daha çox məşğul olurlar. Bağbanlar alça ağaclarının sayını artırıblar. Düşünmürəm ki, Azərbaycanda alçanı 100 dollara  ala biləcək çoxlu sayda adamlar olsun. İki-üç nəfər ola bilər. Əgər fermerlər bazara alça çıxararsa, onlar yüksək  qiymətə təklif edə bilməzlər. Azərbaycanda alıcılıq qabiliyəti  çox aşağıdır. Baha qiymətə  məhsul alacaq müştərilərin də sayı azdır. Alçanın da qiyməti qaydasına düşə bilər. Hələ perspektivə baxaq”. 

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!