Məzahir Pənahov beynəlxalq təşkilatlara çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Məzahir Pənahov beynəlxalq təşkilatlara çağırış etdi

Siyasət

08 Dekabr 2023 17:22 498


Müraciət edən beynəlxalq qurumların nümayəndələrinə həmişə qapılarımız açıq olub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov deyib ki, MSK müəyyən qərəzli münasibət görəndə onu da açıq şəkildə müzakirə edib: pizza hut

“Yenə də beynəlxalq təşkilatlar hər hansı məsələni qaldırsa, bunu açıq şəkildə ictimaiyyətə çatdıracaq və müzakirələri də o cür, açıq aparacağıq. Mətbuatı da həmin proseslərdə iştiraka dəvət edəcəyik. Burda yaradılan şəraitdən istifadə etməyərək kimdənsə soruşaraq bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!