Məzahir Pənahovdan seçki açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Məzahir Pənahovdan seçki açıqlaması

Dünya

01 Aprel 2019 00:28 1146


Ukraynada prezident seçkiləri ölkə qanunvericiliyinin tələblərinə uyğun keçirilir. Seçkilər yüksək səviyyədə təşkil olunub, seçki məntəqələrində sakitlik hökm sürür və seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edirlər.

Bu fikri  Ukraynada seçkiləri müşahidə edən Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

“Bütün səviyyələrdə seçkilərin hazırlanması və keçirilməsində seçki komissiyalarının peşəkarlığı hiss olunur”, - deyə MSK sədri əlavə edib. Dominos pizza

Ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün ən vacib şərtlərdən olan sabitlik mövcuddur.

Qeyd edək ki, Ukraynada 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd edilib.

Azərtac

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!