Miçel “Neftçi”yə keçir? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Miçel “Neftçi”yə keçir? - Açıqlama

İdman

11 Aprel 2019 19:02 1236


“Qarabağ”ın futbolçuları Donald Gerye və İnnosent Emeqaranın mövsüm sonunda xarici klublara keçidi ilə bağlı mətbuatda xəbərlər yayılıb. 

“Yeni Sabah” məsələylə əlaqədar olaraq, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxlayıb. O, açıqlamasında bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Qeyd olunan futbolçuların gedişi hazırda aktual deyil. Mövsümün sonuna qədər hamsının müqaviləsi var. Düzdür, Donaldın da, Emeqaranın da müqaviləsi bitir, amma hələ ki gedişləri barədə konkret nəsə yoxdur. Ona görə də bu məlumatların heç biri həqiqəti əks etdirmir”. Dominos pizza

N.Ibrahimov Miçelin “Neftçi” ilə anlaşması barədə olan məsələyə də aydınlıq gətirib:

“Reqlamentə əsasən, futbolçu müqaviləsinin bitməsinə 6 ay qalmış müqavilə bağlaya bilər. Elə bir şey olmayıb, olsaydı, bundan hamının xəbəri olardı”.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!