“Microsoft” və “Gilan Holding” arasında mühüm saziş imzalanıb.
“Yeni Sabah” xəbər verir ki, müqavilə kibertəhlükəsizliyin yaxşılaşdırılması üzrə Azərbaycan hökumətinin strategiyasının dəstəklənməsi çərçivəsində imzalanıb və bununla da rəqəmsal transformasiya sahəsində sözügedən şirkətlər qrupunun strateji tərəfdaşına çevrilib.
Azərbaycanın ən iri holdinqi sayılan “Gilan” hazırda “Microsoft”un ən son texnologiyalarından istifadə edərək süni intellekt və sürətli idarəetmə sürətinin optimallaşdırılması sahələrində uğur qazanmağa imkan verir. pizza sifarişi
Sazişin əsas məqsədi informasiya texnologiyalarının tətbiqi və pirat proqram təminatının aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin siyasətini dəstəkləmək, yeni nəsil informasiya texnologiyalarının biznesə daxil edilməsi prosesində texnologiya nəhəngindən dəstək almaqdır.
“Microsoft” ilə müqavilənin ratifikasiyası “Gilan Holding”in rəqəmsal transformasiyaya doğru ilk qlobal addımıdır. “Azure”/”Cloud” məhsul və öhdəliklərini nəzərə alan bu saziş özündə informasiya texnologiyaları sahəsində dövlət siyasətini və pirat proqramından imtinanı əks etdirir.
Hazırda “Gilan Holding” hibrid və bulud həlləri əsasında “Azure”dan istifadə etməklə idarəetmə üçün süni intellekt xidmətlərini təqdim edir. Bundan başqa, sözügedən yeni sistemlər kadrların inkişafına kömək edəcək və yeni texnologiyaların faydalarını maksimum dərəcədə artıracaq.
Telegram kanalımız