MİDA mənzillərini qanunsuz satanlar saxlanıldı -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

MİDA mənzillərini qanunsuz satanlar saxlanıldı - FOTO

Kriminal

03 Dekabr 2025 15:10 813


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. pizza hut

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!