“Millət İttifaqı” bitdi - İYİ Partiyanın baş katibi 

saytların hazırlanması

Evə çatdırılma

“Millət İttifaqı” bitdi - İYİ Partiyanın baş katibi 

Siyasət

01 İyun 2023 15:07 711


Türkiyədə İYİ Partiyanın baş katibi Uğur Poyraz partiyanın daxil olduğu "Millət İttifaqı"ndan danışıb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş katib ittifaqın bitdiyini bəyan edib. 

"Millət İttifaqı" bir seçki bloku idi. Seçkilər başa çatdı. 28 may tarixindən etibarən "Millət İttifaqı" bitmişdir", - deyə Poyraz bildirib.  Dördpendirli pizza

Hələlik İYİ Partiyanın səlahiyyətli orqanlarının ittifaqı tərk etmələri barədə rəsmi qərarı açıqlanmayıb. 

Qeyd edək ki, ittifaqa Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiya və DEVA Partiyası daxildir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!