Millət vəkili Avropa təşkilatlarını tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkili Avropa təşkilatlarını tənqid etdi

Siyasət

25 Yanvar 2019 15:26 1042


Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistanın işğalı nəticəsində əlil olan minlərlə azərbaycanlıdan danışıb və Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib.

“Yeni Sabah” xəbər verir ki, deputat Azərbaycanda əlilliyi olan şəxslərin sayının artmasında Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində minlərlə insanın öz sağlamlığını itirməsi böyük rol oynadığını vurğulayıb: “On minlərlə insan bir neçə il ərzində öz sağlamlığını itirərək əlilə çevrilmişdir. Əlillərin işlə təminatı üçün qanunvericilikdə bir sıra önəmli dəyişikliklər həyata keçirilib. Belə ki, dövlət və özəl sektor olmasından asılı olmayaraq, hər 25 işçidən birinin əlil olması, əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı qanunlarda öz əksini tapıb, işəgötürənlərin üzərinə ciddi məsuliyyət qoyulub. 

İşçilərin sayı və ştatı ixtisar edilərkən ixtisas dərəcəsi eyni olduqda həmin müəssisə və təşkilatda əmək şikəstliyi almış və peşə xəstəliyi nəticəsində əlil olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır. pizza hut

 Hər il Qarabağ müharibəsi əlilləri də daxil olmaqla, yüzlərlə əlilə dövlət tərəfindən pulsuz mənzil verilir. Məruzədə üzv ölkələrə edilən çağırışlar arasında bu mövzuda əhalinin maarifləndirilməsi, təbliğatın rolu xüsusi vurğulanır ki, biz bunu dəstəkləyirik. Doğurdan da əlillərin əmək bazarında iştirakının təşviqində qeyri-hökumət təşkilatlarının oynadığı önəmli rolu nəzərə alaraq bu cür təşkilatların maliyyə vəsaiti ilə dəstəklənməsi artırılmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!