Millət vəkili cəbhə bölgəsində - Foto

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkili cəbhə bölgəsində - Foto

Rəsmi

05 İyul 2019 17:27 1524


Millət vəkili Adil Əliyev 1993-cü ildə bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın dilbər gülşələrindən biri olan Füzuli rayonunda olub.

“Yeni Sabah”ın məlumatına görə, millət vəkili bildirib ki, işğal altında olan torpağa qədəm basmaq, bu torpağın havasını udmaq suyunu icmək çox kədərli və ağrılı bir hissdir. 

“Tezliklə bu torpaqları düşmən təcavüzundən azad etmək və qururla addımlayacaq günün ümüdiylə yolumuza davam etdik Səfər müddətində Füzuli rayonunun Alxanlı kəndində günahsız olduqları halda erməni silahlıları tərəfindən qanına qəltan olmuş 2 yaşlı məsum Zəhranın və ağbircək nənəsinin məzarını ürək ağrısıyla ziyarət etdik.  pizza sifarişi

Daha sonra Füzuli rayonu İcra hakimiyyətinin başçısı Alı Aliyevlə görüşərək rayonun hazırkı durumu, əhalinin vəziyyəti, görülən və görülməsi məzərdə tutulmuş bir sıra işlər barəsində söhbət etdik. Sohbətin sonunda birlikdə aprel döyüşlərində şəhid olan igid oğullarimizin şərəfinə yüksədilən abidəni ziyarət etdik. 

Ziyarət sonrası N saylı hərbi hissənin əsgər və zabit heyəti lə görüş keçirildi. Daha sonra Azərbaycan silahlı qüvələrinin kicik giziri 2016-ci ildə aprel döyüşləri zamanı şəhid olmuş ölümündən sonra “İGİDLİYƏ GÖRƏ” medalı ilə təltif olunmuş Orxan Həmidovun igidliyinə həsr olunmuş filimin təqdimatı oldu. 

Filimin təqdimatı bütün heyət tərəfindən rəgbətlə qarşıladı. Səfər çərçivəsində əsgər və zabitlərimizin istək və arzularıyla tanış olduq və hədiyyələrimizi təqdim etdik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!