Millət vəkili gənclərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkili gənclərlə görüşdü

Siyasət

08 Sentyabr 2021 16:22 718


Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər Təşkilatının Gənclər Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə Milli Məclisin deputatı Emin Hacıyevin gənclərlə növbəti görüşü keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə deputat şəhərimizdə ən son dövrdə görülən işlər, Prezident İlham Əliyevin Sumqayıta səfərindən və bu səfərin yaratdığı gələcək perspektivlərdən, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, ölkə rəhbərliyinin gənclərə diqqət və qayğısından söhbət açıb.

Emin Hacıyev həmçinin Sumqayıt şəhərinin mövcud ekoloji problemlərinin Milli Məclisdə və digər aidiyyatı qurumlarda səsləndirildiyini, həll olunması üçün görüşlərin keçirildiyini və hal-hazırda da bu istiqamətdə işlərin aparıldığını gənclərə çatdırıb. Sezar pizza

Daha sonra gənclərlə fikir mübadiləsi aparılaraq, gənclərin sualları deputat tərəfindən cavablandırılıb.

Gənclərin ideyalarını və şəhərin inkişafı üçün təklif olunan sosial layihələri dinləyən Emin Hacıyev bu cür təşəbbüsləri hər zaman dəstəklədiyini bir daha diqqətə çatdırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!