Deputat müəllim kimi işləməyə başladı

saytların hazırlanması

Evə çatdırılma

Deputat müəllim kimi işləməyə başladı

Siyasət

30 Dekabr 2025 20:15 1470


Milli Məclisin deputatı Vüqar Bayramov pedaqoji fəaliyyətə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə deputat özü məlumat yayıb:

“Uzun fasilədən sonra, bu tədris ilindən başlayaraq Bakı Mühəndislik Universitetində (BMU) “Dövlət maliyyəsi” fənnini tədris etməyə başladım. Tədris dili həm ingilis, həm də Azərbaycan olan qruplarda dövlət maliyyəsinin nəzəri və praktik tərəflərini tələbələrə çatdırmağa çalışdım. Pepperoni pizza

Tədris zamanı qrup müzakirələri, fərdi təqdimatlar, elmi və praktik araşdırmalar kimi daha interaktiv və müasir metodlara üstünlük verdik. Payız semestrini artıq başa vurduq. Qarşıda tələbələri daha ciddi sınaq - imtahan sessiyası gözləyir.

Tələbələrin hər birinə imtahanlarda uğurlar arzulayıram. İnanıram ki, insan kapitalının inkişafının prioritet olduğu ölkəmizdə gənc iqtisadçı-tələbələr iqtisadiyyatın inkişafına yaxın gələcəkdə daha yaxından töhfə verəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!