Millət vəkili oteldə zorlama hadisəsindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkili oteldə zorlama hadisəsindən danışdı

Siyasət

04 Fevral 2019 20:40 1169


“Hotellərdə zorlanma, cinsi istismar halları, o cümlədən son günlərin müzakirələrinə çevrilən yetkinlik yaşına çatmayan qızın hotellərdən birinin əməkdaşı tərəfindən təcavüzə məruz qalması cinayət faktıdır və bu cinayət qanunvericiliyinin predmetidir”.

Bunu millət vəkili Hadı Rəcəbli oteldə baş verən zorlama faktına münasibət bildirərkən deyib. O, bildirib ki, bu çox böyük təəssüf və narahatçılıq doğurur: “Hər birimiz bundan narahatıq. Hotellər bu məsələdə çox ciddi ölçülər götütməlidirlər, hotelçiliyə yaraşmayan halları aradan qaldırmalıdırlar. Təbii ki, bunu bütün hotellərə şamil etmək olmaz, bunlar istisna təşkil edir. Amma bütövlükdə belə hallara yol verilməməlidir. Eyni zamanda, hotellərlə bağlı məsələni onların öz əsasnaməsi və qaydaları daha çox tənzimləyir, yəni, bu məsələ turizmlə bağlı qanun layihəsinin predmet deyil.

Dünyanın bir çox yerlərində hotellərdə ərlə arvadın orada qalması üçün həm kimlikləri, həm də nikah kağızları tələb olunur. Bəzi ölkələr də var ki, orada ərlə arvaddan nikah sənədləri tələb edilmir. Amma bütün hallarda hotelə daxil olan, orada qalan insanların qeydiyyatı mütləq şəkildə olmalıdır. pizza

Onlar mütləq kimliklərini göstərərək, qeydiyyatdan keçməlidirlər. Bununla yanaşı, yeniyetməlik yaşına çatmayanların valideynlərin iştirakı olmadan hotelə girişi belə qadağan olunmalıdır. Onlar ancaq valdeynlərinin iştirakı ilə hotelə daxil olmalı və ya orada qalmalıdırlar.

Ancaq bununla belə hesab edirəm, son hadisə artıq cinayət hadisəsidir və bunda günahı olanlar hamısı qanun qarşısında cavab verməli, sərt şəkildə cəzalandırılmalıdırlar”. 

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!