Millət vəkili Türkiyəyə yardım aksiyasına qoşuldu

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkili Türkiyəyə yardım aksiyasına qoşuldu

Siyasət

08 Fevral 2023 14:30 1066


“Hazırda Azərbaycan xalqı Türkiyə üçün əlindən gələn köməkliyi edir. Hər ölkənin öz yanaşması var, Azərbaycan dövləti bu faciə baş verən andan qardaş Türkiyə ilə bərabərdir. İlk yardım Azərbaycandan getdi. Hazırda yardımlar da davam edir”. 

Bunu Azxeber.com-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

O, bildirib ki, eyni zamanda Azərbaycan xalqı da qardaş Türkiyə xalqı ilə bərabərdir: pizza hut

“Hər bir Azərbaycan vətəndaşı əlindən gələn imkanı ortaya qoyur. İsti paltar, isti ləvazimatlar göndərməklə bərabər, maddi vəsaitlər də göndərilir. Mən düşünürəm ki, Azərbaycan xalqı artıq bu prosesin içərisindədir, bundan sonra da bütün imkanları ilə qardaş ölkəyə faciədən çıxmaq üçün lazım olan köməkliyi edəcək”. 

Deputat bildirib ki, şəxsi vəsaiti hesabına qardaş ölkə üçün 2 min manat yardım göndərib:

“Şəxsən mən özüm artıq 2000 manat, təxminən 20 min TL-dən çox maddi yardım və xeyli sayda isti paltar, ləvazimatlarla ümumxalq yardımlarına qoşuldum, Türkiyəyə göndəriləcək. Yəqin ki, partiyamızda da bu məsələlər müzakirə olunacaq, müəyyən vəsaitlər göndərəcəyik.

Hər kəs öz imkanları daxilində qardaş ölkə ilə bərabərdir. Şükür olsun ki, dünya ölkələri bu hadisəyə həssas yanaşır. Bizim dost ölkəmiz Pakistanın da sözügedən addımı təqdirəlayiqdir. Bu gün Pakistan dövlətindən də, xalqından da gözlənilən addım idi. Biz də nə imkanımız varsa, qardaş Türkiyə ilə bərabərik. Böyük faciədir, ürək ağrısı ilə qarşılayırıq, artıq sözün bitdiyi yerdir. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!