Millət vəkilindən maraqlı təklif: “Ov tüfəngləri əhalidən alınsın”

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkilindən maraqlı təklif: “Ov tüfəngləri əhalidən alınsın”

Maraqlı

01 Noyabr 2023 18:02 894


“Mülki vətəndaşlara hər hansı silah, hətta ov tüfəngi belə verilməməlidir”. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri ov tüfəngi ilə törədilən qətllərin qarşısının alınması yolları barədə danışan millət vəkili Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib. 

Millət vəkilinin sözlərinə görə, vətəndaşlarda ov silahının olması ölkədə təhlükəsizliyi ciddi şəkildə təhdid edir:  Sezar pizza

“Son zamanlar baş verən xoşagəlməz halların çoxalması da göstərir ki, bu məsələ ilə bağlı təsirli addımların atılmasına ehtiyac var. Fakt budur ki, ölkədə odlu silahlar, o cümlədən, ov tüfəngi ilə törədilən cinayətlərin sayı artıb. 

Buna görə də bütün növ odlu silahların, həmçinin ov tüfənglərinin vətəndaşlardan yığılması ciddi zərurətə çevrilib. Hesab edirəm ki bu məsələyə nəzarət ciddi şəkildə gücləndirilməli və odlu silahdan qanunsuz istifadəyə yönəlik hüquqi məsuliyyət artırılmalıdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!