Milli Məclisin deputatı Adil Əliyev aprel döyüşlərində yaralanan qazi Hikmət Məmmədovun ağır xəstəlikdən əziyyət çəkən ailə üzvlərindən birinin əməliyyat xərclərini öz üzərinə götürüb.
“Yeni Sabah” xəbər verir ki, H.Məmmədov deyib ki, onun ailə üzvlərindən əməliyyata ehtiyacı olan vardı: “Bu məsələni müəyyən şəxslər bilirdi. Dünən həkim Əli müəllim zəng elədi ki, əməliyyatın xərclərini millət vəkili Adil Əliyev öz üzərinə götürüb. Hər kəs qazisinə, şəhid ailəsinə diqqət göstərən millət vəkilini tanımalıdır. Hər zaman güc birlikdədir. Tək əldən səs çıxmaz. Dostlar dualarınızı əsirgəməyin" - deyə, qazi Hikmət Məmmədov sosial şəbəkədə paylaşdığı yazıda qeyd edib.
Qeyd edək ki, kapitan Hikmət Məmmədov aprel döyüşlərində ağır yaralanıb. Toyuqlu pizza
Telegram kanalımız