Millət vəkilinin evində ölü tapılan xadimə ilə bağlı təfərrüatlar   - Oxumaq və evlənmək istəyirdi

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkilinin evində ölü tapılan xadimə ilə bağlı təfərrüatlar - Oxumaq və evlənmək istəyirdi

Hadisə

26 Sentyabr 2019 09:09 1282


Xəbər verdiyimiz kimi, dünən AK Partiyanın İstanbul Millət vəkili Şirin Ünalın evində bir ildir ki, xadimə işləyən 23 yaşlı Nadirə Qədirova adlı qadın intihar edib. Özbək əsilli qadının özünü millət vəkilininin lisenziyalı silahı ilə vurduğu açıqlanıb. 

“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, Nadirə Qədirovanın böyük qardaşı Məhəmməd Əli bacısının qətlə yetirildiyini iddia edib:

“Mən bacımı tanıyıram. Onun nə dərmanlardan istifadə edəcək bir vəziyyəti, nə də özünü öldürəcək qədər cəsarəti yox idi. Başına deyil, ürəyinin biraz yuxarısına silahla atəş açıb. Şirin Ünal bütün xərcləri qarşılayacağını dedi. Hazırda yoldayıq. Anama hələ də bacımın öldüyünü deyə bilməmişəm. Nadirənin çox arzuları var idi. Türkiyə vətəndaşı olmaq, burda oxumaq və evlənmək istəyirdi”. pizza

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!