“Milli Gimnastika Arenasına heyran qaldıq” - ABŞ minifutbol yığmasının üzvü

saytların hazırlanması

Evə çatdırılma

“Milli Gimnastika Arenasına heyran qaldıq” - ABŞ minifutbol yığmasının üzvü

Minifutbol 2025

22 May 2025 21:33 425


Minifutbol üzrə ABŞ yığmasının üzvü Stefan Miyatoviç dünya çempionatının keçirildiyi Milli Gimnastika Arenasına heyran qalıb.

Müdafiəçi bunu "Report"a açıqlamasında bildirib.

"Milli Gimnastika Arenası çox möhtəşəmdir. Həqiqətən futbol oynamaq üçün əla imkan yaradılıb. ABŞ-dən 2 gün əvvəl gəlmişik. Şəhəri gəzmək üçün elə də vaxtımız olmayıb. Lakin gördüklərimiz bizi sözün yaxşı mənasında təəccübləndirir. Ölkənizin mədəniyyəti çox xoşuma gəlir", - futbolçu vurğulayıb. Sezar pizza

O, dünya çempionatında Bosniya və Herseqovina millisinə məğlub olduqları oyunu şərh edib:

"Az əvvəl də bildirdiyim kimi, 2 gün əvvəl ABŞ-dən gəlmişik. Bu, olduqca uzun yoldur və yorğunluq hiss edirdik. Üstəlik, məşq etmək imkanımız da olmayıb. Məğlubiyyətə görə kefimizi pozmağı düşünmürük. İnanırıq ki, qələbələrlə geri dönəcəyik".

Qeyd edək ki, ABŞ millisi F qrupundakı ilk matçında Bosniya və Herseqovinaya 2:4 hesabı ilə uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!