Serbiya millisinin üzvü Bobar Yovan Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldıqları H qrupunu birinci pillədə tamamladıqları üçün sevincli olduqlarını bildirib.
Yenisabah.az xəbər verir ki, bunu "Report"a açıqlamasında komandanın oyunçusu motivasiyalarının yüksək olduğunu söyləyib:
"Sevincliyik. Bununla belə arxayınlaşmaq istəmirik. Bakıya nəticə qazanmaq üçün gəlmişik. İnanırıq ki, sonda çempion olacağıq". Dördpendirli pizza
O, Bakıdakı çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:
"Həqiqətən hər şey yüksək səviyyədədir. Milli Gimnastika Arenasında futbol oynamaq bizim üçün çox əlverişlidir. Bakıda məskunlaşdığımız ərazi çox yaxşı görünür. Təəssüf ki, şəhəri gəzmək vaxtımız olmayıb".
Qeyd edək ki, Serbiya millisi H qrupundakı son matçında Qanaya 2:1 hesabı ilə qalib gələrək xallarının sayını 9-a çatdırıb və qrup lideri olub.
Telegram kanalımız