Milli Kibertəhlükəsizlik İndeksinə görə, Ermənistan 176 ölkə arasında 96-cı yerdədir.
Yenisabah.az xəbər verir ki, bu barədə “Ranking” portalı məlumat yayıb.
Ыiyahıda Azərbaycan bu göstəricini xeyli yaxşılaşdırıb və son məlumatlara görə hazırda 54-cü yerdədir. Şimal qonşumuz Rusiya isə 30-cu yerdə qərarlaşıb. pizza hut
Milli Kibertəhlükəsizlik İndeksi ölkələrin kibertəhlükələrin qarşısını almaq və kiber insidentləri idarə etmək üçün hazırlığını ölçən qlobal əməliyyat indeksidir. Burada ölkələrin reytinqi üç geniş kateqoriyaya əsaslanır: Qlobal Kibertəhlükəsizlik İndeksi, İKT İnkişaf İndeksi və Şəbəkəyə Hazırlıq. Bu kateqoriyalar da 12 alt kateqoriyaya bölünür.
MDB ölkələri arasında sıralamada Ukrayna, Rusiya, Azərbaycan, Moldova və Belarus öndə olsa da, sıralamada Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ermənistan və Tacikistan isə aşağıdadır.
Reytinqdə lider mövqelərdə Belçika, Litva və Estoniya kimi ölkələr qərarlaşıb, Cənubi Sudan isə reytinqi tamamlayıb.
Telegram kanalımız