Xəbər verdiyimiz kimi Azərbaycan millisinin Xorvatiya və Litva ilə oyunu üçün heyəti açıqlanıb. Heyətdə "Zirə" klubundan heç bir futbolçu dəvət almayıb.
"Zirə"nin yarımmüdafiəçisi Tellur Mütəllimov "Yeni Sabah"a bu barədə açıqlama verib.
Yarımmüdafiəçi milli komandaya dəvət olunmağın hər bir futbolçunun arzusu olduğunu söyləyib: pizza hut
"Hər bir futbolçu kimi mənim də, komanda yoldaşlarımın da arzusu milli komandaya dəvət olunmaqdır. Ümumiyyətlə, orada daimi oynamaq şansı əldə etmək hər bir futbolçunun istəyidir."
O, komandasından heç kimin dəvət olunmaması ilə bağlı fikirlərini də bölüşüb:
"Bizim komandadan heç kim dəvət olunmayıb. Amma bu o demək deyil ki, gələcəkdə də belə olacaq, belə davam edəcək. Biz çalışacağıq ki, özümüzü daha yaxşı tərəfdən göstərək və növbəti oyunlarda milli komandaya dəvət alaq".
Naibə Məmmədova
Telegram kanalımız