29 yanvar 2019-cu il tarixində Bakı Konqres Mərkəzində ölkəmizdə ilk dəfə olaraq təşkil olunan Milli KSM Mükafatı 2018 müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
“Yeni Sabah” xəbər verir ki, Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev mükafatlandırma mərasimində çıxış edərək Azərbaycanda bu mükafatın ilk dəfə təsis edildiyini və belə müsabiqələrin davamlı olaraq keçiriləcəyini deyib.
Ümumrespublika müsabiqəsininə layihələrin qəbulu 01 oktyabr - 30 noyabr 2018-ci il tarixinədək aparılıb. Həmin müddət ərzində təhsil, bank, səhiyyə, mobil oprerator və sığorta sahəsində fəaliyyət göstərən 30-dan artıq şirkət son iki ildə həyata keçirdikləri layihələri müsabiqəyə təqdim edib. Toyuqlu pizza
1. Kapital bank- Yaşlıların cəmiyyətə inteqrasiyası üzrə ilin layihəsi
2. Beynəlxalq bank- Təhsildə inklüzivliyin təmin edilməsi üzrə ilin layihəsi
3. BAKCELL- Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi
4. Bank Respublika- İcma inkişafı üzrə ilin layihəsi
5. AXA Mbask sığorta şirkəti-Valideyn və uşaq münasibətləri üzrə ilin layihəsi
6. Unibank-İdman sahəsində ilin layihəsi
7. Səlis Loqopedik və Nitq İnkişaf Mərkəzi-Sosial xidmət üzrə ilin layihəsi
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Gənclər Fondu, Gənc Mühasiblər İctimai Birliyi və Azərbaycan Professional Maliyyə Menecerləri Asossiasiyasının (APFM) təşkilati dəstəyi ilə keçirilib. Tədbirdə dövlət nümayəndələri, millət vəkilləri, sahibkarlar, PR və Marketinq sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Telegram kanalımız