Milli Məclis Füzuli Ələkbərovun şirkətinə milyonlar ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis Füzuli Ələkbərovun şirkətinə milyonlar ödəyəcək

İqtisadiyyat

21 Fevral 2026 10:01 764


Milli Məclis “İmprotex Motors” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

“Yeni Sabah” "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, müqavilədə rəsmi qarantiyada olan nəqliyyat vasitələrinə qulluq göstərilməsi nəzərdə tutulur.

Buraya yağ, sürtkü materialları, ehtiyyat hissələri və servis xidmətləri aiddir. Marqarita pizza

Müqavilənin maliyyə dəyəri isə 2 milyon 282 min 605 manat müəyyənləşib. Müqavilənin icra müddəti açıqlanmayıb.

Xatırladaq ki,“İmprotex Motors” şirkəti 1991-ci ildə yaradılıb. Şirkətin sahibi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, nazir işlədiyi 2006-2013-cü illərdəholdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!