Milli Məclis maaşlarla bağlı təklifi qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis maaşlarla bağlı təklifi qəbul etdi

Sosial

10 Aprel 2026 13:09 19736


Milli Məclisdə Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib. Dəyişikliklərin əsas məqsədi – işəgötürənlərin kişi və qadın işçilərə bərabər əməkhaqqı ödəmək öhdəliyini daha dəqiq müəyyənləşdirməkdir.

"Yeni Sabah" xəbər verir ki, yeni layihəyə görə, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı verməlidir. İşin “bərabər dəyərli” sayılması əmək şəraiti, iş funksiyasının xarakteri və mövcud tarif-ixtisas sorğu kitabçalarına əsasən müəyyənləşdiriləcək.

Bununla bağlı “Gender bərabərliyinin təminatları haqqında” qanunun 9.1-ci maddəsi də yenidən işlənir. Hazırkı norma yalnız eyni dəyərli eyni işi yerinə yetirən kişi və qadınlara bərabər maaş verilməsini nəzərdə tutur. Bu isə bərabər dəyərli, lakin fərqli işləri görən işçiləri əhatə etmir. Yeni redaksiyada isə prinsip genişləndirilir: eyni və ya bərabər dəyərli işlər üçün bərabər əməkhaqqı təmin edilməlidir. Pepperoni pizza

Beləliklə, qəbul edilən dəyişikliklər işəgötürənlərin maaş siyasətində gender bərabərliyinin daha aydın və ədalətli təmin olunmasına yönəlib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!