Konstitusiyaya görə, seçki hüququ olan 40 min vətəndaş qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Azərbaycanda ilk dəfədir ki, bir siyasi qurum kimi Respublikaçı Alternativ (ReAL) partiyası iki qanun layihəsinə 40 mindən çox imza topladığını və bunun ona parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ qazandırdığını bəyan edib.
REAL-ın icraçı Natiq Cəfərli “Yeni Sabah”a açıqlamasında bildirib ki, artıq kampaniya yekunlaşıb:
“Bu həftə ərzində mətbuat konfransı olacaq. Gününü və saatını elan edəcəyik. İndi bununla bağlı hazırlıq işləri gedir. Bütün proses , imza toplama müddəti haqqında əlavə məlumatlar olacaq. Ümumi olaraq deyə bilərəm ki, kampaniya təqribən üç ay müddətində davam etdi. 100 minlərlə qapı döyməyə nail olduq, bir o qədər insanlarla görüşdük. Sadə vətəndaşa dəyişikliklərin qəbul olunmasının üstünlüklərindən danışdıq. Məncə kifayət qədər uğurlu ideya və kampaniya alındı”. Pepperoni pizza
Qeyd edək ki, REAL Partiyası seçicilərin imzasını toplamaq kampaniyasına 2018-ci ilin noyabrında başlayıb. Respublikaçı Alternativ (REAL) Partiyası devalvasiyalar nəticəsində vurulan zərərin ödənilməsi, ali məktəblərdə ödənişləri növbəti illərdən etibarən dövlətin həyata keçirməsi və Bakıda seçkili mer vəzifəsinin təsis edilməsini nəzərdə tutan qanun layihələrini Milli Məclisə verəcək.
Günay Rəsulqızı
Telegram kanalımız