İranın yeni prezidenti İbrahim Rəisi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, İran prezidenti İran və Azərbaycan Respublikası dövlətləri və xalq arasındakı tarixi, mədəni və dini ortaqlıqlara toxunaraq bildirib: "Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin səviyyəsini kifayətedici və arzu olunan səviyyədə hesab etmirik. Bu əlaqələri iki xalqın xeyri naminə daha çox inkişaf etdirmək zəruridir".
İbrahim Rəisinin fikrincə, Tehran-Bakı münasibətlərinin inkişafı üçün geniş potensial var. “İran iqtisadiyyatının özəl sektoru Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin yenidən qurulması prosesində, texniki, mühəndislik və infrastruktur sektorlarında birgə layihələrin həyata keçirilməsində iştirak etməyə və əməkdaşlığa hazırdır”. Dördpendirli pizza
Rəsmi Tehranın Azərbaycan Respublikasının tərəqqisini və təhlükəsizliyini öz təhlükəsizliyi kimi vacib hesab etdiyini vurğulayan İbrahim Rəisi qeyd edib: "Hər iki ölkə öz xalqının mənafeyi, təhlükəsizliyi və sabitliyi naminə ikitərəfli və regional münasibətlərdə sıx və səmərəli şəkildə əməkdaşlıq və fəaliyyyətlərini koordinasiya edə bilər".
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, öz növbəsində, Prezidenti İlham Əliyevi təbriklərini İbrahim Rəisiyə çatdırıb: "Əminik ki, yeni dövrdə Tehranla Bakı arasında əlaqələr daha da inkişaf edəcək və yeni sürət qazanacaq. İran şirkətlərinin Azərabaycan ərazisində müxtəlif plan və layihələrin icrasında iştirakını alqışlayırıq”.
Qəbulda Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak ediblər.
Telegram kanalımız