Milli Məclis sədrinin Özbəkistana səfəri başladı

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis sədrinin Özbəkistana səfəri başladı

Siyasət

31 Mart 2022 20:31 493


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərinə rəsmi səfərə gəlib.

Yenisabah.az xəbər verir ki, nümayəndə heyətinə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrupun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev, Anar İsgəndərov, Razi Nurullayev və digər rəsmi şəxslər daxildirlər.

Daşkənd şəhərinin İslam Kərimov adına Beynəlxalq Hava limanında nümayəndə heyətini Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sadiq Safoyev, Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qaşılayıblar. pizza sifarişi

Səfər çərçivəsində Milli Məclisin sədrinin Özbəkistan Respublikasının Prezidenti, bu ölkə parlamentinin hər iki palatasının spikerləri ilə görüşləri nəzərdə tutulub.

Səfər aprelin 2-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!