Milli Məclisdə deputatların sayı 60 nəfər artırılsın – Təklif 

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə deputatların sayı 60 nəfər artırılsın – Təklif 

Siyasət

31 Yanvar 2022 11:59 4861


“Azərbaycanın seçki sistemində islahatlara ehtiyac var. İlk növbədə majoritar, proporsional seçki sistemi tətbiq olunmalıdır”.

Bunu “Yeni Sabah”a müsahibəsində keçmiş deputat Çingiz Qənizadə deyib. O, bildirib ki, bu seçki sistemi Ermənistan və Gürcüstanda mövcuddur:

“Digər tərəfdən deputatların sayı ilə bağlı çox ciddi problem var. Hazırda əhalinin siyahıya alınma prosesi gedir. Və hər dairədə 2-3-4 min seçici sayı çoxdur.  pizza hut

1995-ci ildə biz Konstitutsiyanı qəbul etmişik. Konstitutsiyanın 82-ci maddəsində yazılır ki, Milli Məclisin tərkibi 125 nəfərdən ibarət olmalıdır. Bu 7 milyon əhaliyə hesablanmışdı. Lakin indi 10 milyondan çoxuq. Bu baxımdan dünya təcrübəsinə baxsaq, 10 milyon əhalisi olan ölkələrdə 200, hətta 300 nəfər parlamentari var. 

Gürcüstan, Ermənistan bizim yarımız qədərdir. Deputatların sayı təxminən eynilik təşkil edir. Hesab edirəm ki, gələcəkdə deputatların sayı artırılmalıdır. Ona görə yox ki, parlamentdə çox deputat olsun. Ona görə ki, 1 millət vəkili 40 min seçici ilə işləmək imkanını çox çətinliklə reallaşdırır. 40-42 min seçici ilə işləmək millət vəkili üçün olduqca ağırdır. Bir millət vəkili necə 50 kəndin deputatı ola bilər?”

Ç. Qənizadə deyib ki, Azərbaycanda təxminən 20-25 min əhalisi olan dairələr formalaşmalı, millət vəkillərinin sayı artmalıdır. Onun fikrincə Milli Məclisdə təxminən 50-60 deputat yeri artırıla bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xəlil Məmmədov İlyas oğlu
    DEPUTATLARIN SAYINI ARTIRMAQ ƏGƏR POLİSLƏRİN SAYININ 2,5-3 DƏƏ AZALDILMASI ZƏRURƏTİNƏ GƏTİRİB ÇIXARARSA, ONDA MƏN RAZIYAM BU TƏŞƏBBÜSLƏ
    4 years ago