Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Siyasət

10 Sentyabr 2022 11:14 774


Milli Məclisin deputatları sentyabrın 12-19-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak edəcəklər.

Yenisabah.az xəbər verir ki, AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin sentyabrın 12-13, Monitorinq komitəsinin sentyabrın 14-15-də keçiriləcək iclaslarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə iştirak edəcəklər.

İclaslarda siyasi işlər və demokratiya komitəsinin iclasında region ölkələrindəki mövcud vəziyyətin siyasi təsirləri, Avropa siyasi arxitekturasının təməl daşı kimi Avropa Şurasının rolunun möhkəmləndirilməsi və digər Avropa perspektivləri mövzularında məruzələrin dinlənilməsi, müzakirələrin aparılması, müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulub. Pepperoni pizza

Sentyabrın 16-da Parisdə keçiriləcək Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında isə deputat Könül Nurullayeva iştirak edəcək. İclasda Avropada islamofobiya və müsəlmanlara yönəlik irqi ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsi, idman sahəsində qadınlara qarşı diskriminasiyaya son qoyulması və s. məsələlər müzakirə ediləcək. 

AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sentyabrın 18-19-da Afinada keçirilən iclasına isə Azərbaycan tərəfindən deputatlar Səməd Seyidov və Nigar Arpadarai qatılacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!