Milli Məclisin növbədənkənar sessiyası çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin növbədənkənar sessiyası çağırıldı

Siyasət

31 May 2022 13:48 889


Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Deputatlar iyun ayında növbədənkənar sessiyanın çağırılması ilə bağlı parlament sədrinə müraciət ediblər. Toyuqlu pizza

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların yığıncaqları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!